Biologiya fakültəsinin tələbələri Azvarvara şirkətində istehsalat təcrübəsi keçdi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Su bioehtiyatları” ixtisası üzrə təhsil alan tələbələri təcrübə rəhbəri Salmanlı Zaur ilə Yevlax rayonunda yerləşən “AZVARVARA” MMC şirkətinin istehsalat ərazisinə səfəri ediblər.
“AZVARVARA” MMC Azərbaycan Respublikasının ən böyük nərəyetişdirmə mərkəzlərindən biri olmaqla, 280 hektar ərazidə fəaliyyət göstərir. Dünyanın ən iri balıqyetişdirmə müəssisələrindən biri olan bu təsərrüfatda eyni anda 1400 tondan çox bölgə balığı yetişdirilir. İllik istehsal gücü 35 ton qara kürü və 350 ton nərəcinsli balıq əti olan müəssisədə həm Azərbaycanın endemik nərəcinsli balıqları, həm də Cökə balığı, Sibir nərəsi və müxtəlif hibrid növlər yetişdirilir.
Tələbələr istehsalat təcrübəsi zamanı balıqyetişdirmə prosesinin müxtəlif mərhələləri ilə yaxından tanış olublar. Onlara balıqların hormonal inyeksiyasından başlayaraq sürfə və körpə balıqların yetişdirilməsi, yemlənməsi və ümumi infrastruktur barədə ətraflı məlumat verilib. Təcrübə zamanı tələbələr nəzəri biliklərini real şəraitdə tətbiq edərək, sahə üzrə mühüm praktiki bacarıqlar qazanıblar.
Bu cür təcrübə proqramları tələbələrin bilik və bacarıqlarını təkmilləşdirməklə yanaşı, onların gələcək karyera inkişafına da mühüm töhfə verir. BDU Biologiya fakültəsinin tələbələrinə nəzəriyyədən təcrübəyə doğru sahəvi bilik və bacarıqların qazanılması üçün belə imkanların yaratmağa davam edəcək.