"AZecolab Company" şirkətində təcrübə
Biologiya fakültəsinin "Biologiya" ixtisası üzrə III kurs tələbələri Əliyev Elşən İlyas oğlu və Allahverdiyeva Sevinc Namik qızı "AZecolab Company" şirkətində yay təlim-təcrübə proqramında iştirak edirlər. Bakı Dövlət Universiteti ilə "AZecolab Company" şirkəti arasında imzalanmış ikitərəfli sazişlər çərçivəsində tələbələrin mütamadi olaraq tədqiqat və təcrübi işlərə cəlb edilməsi əsas prioritet istiqamət sayılır. Qeyd olunan istehsalat təcrübəsi müddətində tələbələrə mikrobiologiya və ekotoksikologiya sahəsində təcrübi vərdişlər aşılanır, bu sahələr üzrə tədris aparılır. Təcrübə proqramı dövründə tələbələr yeni avadanlıqlardan istifadə edərək müasir metodların tətbiqi ilə ekspress testlərlə analizlər aparırlar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması barədə təlimatlandırır. Təcrübə proqramının 2 ay müddətində davam etməsi nəzərdə tutulur.