Biologiya fakultəsinin Həmkarlar təşkilatının seçkisi keçirilmişdir
29.02.2024-cü il tarixində 1400-da Biologiya fakultəsinin Həmkarlar təşkilatının 2019-2023-cü tədris illərinin əhatə edən hesabat-seçki-yığıncağı keçirilmişdir. İclasda Fakultənin dekanı Afət Məmmədova, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabbarov, BDU-nun Azad Həmkarlar Təşkilatının büro üzvü Professor Məcnun Babayev və fakültə əməkdaşları iştirak ediblər.
Biologiya fakultəsinin dekanı professor Afət Məmmədova hesabat-seçki yığıncağını açıq elan edərək bildirdi ki, Fakultə həmkarlar təşkilatı seçki müddətində gördükləri işlər barədə ətraflı məlumat verməli, fakultə əməkdaşları onu qiymətləndirməli, eyni zamanda yeni tərkibdə büro üzvləri seçilməlidir.
Fakultə Həmkarlar təşkilatının sədri Möhübbət Nəcəfli geniş hesabatla çıxış etdi.
Hesabat ətrafında "Zoologiya və fiziologiya" kafedrasının müdiri Əbülfəz Tağıyev, "Genetika" kafedrasının dosenti Nəzakət Hüseynova, "Moleykulyar biologiya və biotexnologiyalar" kafedrasının professoru Saib Güləhmədov və başqaları çıxış edərək fakultə Həmkarlar təşkilatının gördükləri işlərin qənaətbəxş olduğunu qeyd etdilər. Çıxış edənlər eyni zamanda Həmkarlar təşkilatının universitet və fakultə miqyasında keçirilən tədbirlərdə uğurlu təşkilatçılığını yüksək qiymətləndirdilər, fakultə əməkdaşları onların işini bəyəndiklərini söylədilər.
Biologiya fakultəsinin dekanı Afət Məmmədova öz çıxışında Həmkarlar təşkilatının sədri Möhübbət Nəcəflinin fəaliyyətindən razı qaldığını bildirdi, çıxış edənlərin də bu fikri bir daha təsdiq etdiklərini diqqətə çatdırdı. Qərara alındı ki, Biologiya fakultəsi Həmkarlar təşkilatının hesabatı qəbul olunsun və onun işinə qənaətbəxş qiymət verilsin.
Sonra fakultə Həmkarlar təşkilatının yeni bürosu aşağıdakı tərkibdə tövsiyə edildi:
- Genetika kafedrasından Möhübbət Nəcəfli
- Biofizika və Biokimya kafedrasından Nərminə Abdullayeva
- Moleykulyar Biologiya və Biotexnologiyalar kafedrasından Səbinə Ocaqverdiyeva
- Zoologiya və Fiziologiya kafedrasında Ruhəngiz Babayeva
- Zoologiya və Fiziologiya kafedrasından Anar Məmmədov
- Botanika və Bitki Fiziologiyası kafedrasında Vazeh Baxşıyev
- Biologiya fakultəsinin dekan müavini Yusif Abiyev
Qərara alındı ki, Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli Biologiya fakultəsinin Həmkarlar Ittifaqının sədri, Nərminə Abdullayeva, Səbinə Ocaqverdiyeva, Ruhəngiz Babayeva, Anar Məmmədov, Vazeh Baxşıyev, Yusif Abiyev fakultə Həmkarlar təşkilatının büro üzvləri seçilsinlər.