Biologiya fakültəsinin əməkdaşları Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi İstehsalat Birliyinin Muğam Meliorasiya Stansiyasında olmuşlar
BDU-nun Molekulyar biologiya və biotexnologiyalar kafedrasının əməkdaşları Fərayət Əhmədova, Gülşən Süleymanova, Sevda Həsənova, Sevinc Quliyeva kafedranın elmi-tədqiqat işi ilə əlaqədar Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi İstehsalat Birliyinin Muğam Meliorasiya Stansiyasında olmuşlar. Onlar stansiyanın taxıl sahəsindən sünbül qabağı inkişaf mərhələsində olan payızlıq buğda bitkisinin 4 müxtəlif sortlarının rizosfer torpağından torpaq nümunələri toplayaraq mikrobioloji analiz üçün laboratoriyaya gətirmişlər. Tədqiqat işının əsas məqsədi buğda bitkisinin rizosfer torpağının inkişaf fazaları üzrə ümumi mikrobiotasının say və növ tərkibinin, o cümlədən bakteriyaların, göbələklərin, aktinomisetlərin inkişaf dinamikasının öyrənilməsi, antaqonist xüsusiyyətli və bitkinin inkişafına mənfi təsir göstərən patogen növlərin aşkara çıxarılmasıdır. Tədqiqat işləri davam edir.