Biologiya fakültəsinin əməkdaşları ağacəkmə askiyasında iştirak edib
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YAP Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası zamanı iştirak edib.
Bakının Müşfiqabad qəsəbəsində təşkil edilən aksiyada zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 700-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.