Biologiya fakültəsinin əməkdaşının məqaləsi “Azərbaycan” qəzetində dərc olunub
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika və Bitki fiziologiyası kafedrasının müəllimi Əsmər Hüseynovanın elmi-publisistik məqaləsi “Azərbaycan” qəzetində dərc olunub.
“COP29-un uğuru və gəncliyin inkişafında yeni perspektivlər” mövzusunda olan məqalədə iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, COP29 çərçivəsində həyata keçirilən təşəbbüslər və bu prosesdə gənclərin rolu vurğulanır. Müəllif qlobal ekoloji çağırışlar fonunda Azərbaycan gənclərinin bilik və bacarıqlarının artırılmasının vacibliyinə toxunaraq, bu istiqamətdə açılan yeni imkanları diqqətə çatdırır.
BDU Biologiya fakültəsi elmi araşdırmalar və ekoloji problemlərin həlli istiqamətində fəal iştirak edərək, COP29 kimi beynəlxalq tədbirlərə töhfə verməyə davam edir.