Biologiya fakültəsinin əməkdaşının həmmüəllif olduğu məqalə yüksək reytinqli jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekan müavini Yusif Abiyevin həmmüəllif olduğu “Assessing Fire Susceptibility of Threatened Plant Species in Temperate Forest Ecosystem of Azerbaijan Using MaxEnt Method” (Azərbaycanın Mülayim Meşə Ekosistemində Təhlükə Altında Olan Bitki Növlərinin Yanğın Həssaslığının MaxEnt Metodu İlə Qiymətləndirilməsi) adlı elmi iş Türkiyənin Karadeniz Texniki Universiteti, İzmir Katib Çələbi Universiteti və Karabük Universitetinin birgə əməkdaşlığı ilə Web of Science elmmetrik bazasına daxil olan (IF: 2.7) Croatian Journal of Forest Engineering (46:1, 2025) jurnalında dərc olunub.
Tədqiqatda Samur-Yalama Milli Parkının unikal flora müxtəlifliyi və 21 nadir bitki növü üzərində aparılan tədqiqat zamanı 564 yanğın hadisəsi analiz edilmişdir. Nəticələr göstərib ki, park ərazisinin 12.56%-i yüksək yanğın həssaslığı kateqoriyasına daxildir. Bu zonalar əsasən antropogen fəaliyyətlərdən daha çox təsirlənmiş sahələrdir. Azərbaycanın “Qırmızı Kitab”ının IIl nəşrinə daxil edilmiş Alcea kusariensis, Anacamptis morio, Orchis purpurea, Pinus brutia var. eldarica, Platanus orientalis və Quercus castaneifolia yüksək yanğın həssaslığı olan ərazilərdə yayılıb.