Rövşən Xəlilovun həmmüəllif olduğu elmi məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun həmmüəllif olduğu “Determination of chemical components of the endemic species Allium turcicum L. plant 3 extract by LC-MS/MS and evaluation of medicinal potentials (“Allium turcicum L. bitkisinin endemik növünün kimyəvi komponentlərinin təyini və 3 LC-MS/MS metodu ilə müalicəvi xüsusiyyətlətinin qiymətləndirilməsi”)” adlı elmi iş Web of Science elmmetrik bazasına daxil olan (IF: 4.0) “Heliyon” jurnalında çap olunub.
https://www.cell.com/heliyon/pdf/S2405-8440(24)03417-0.pdf
Allium turcicum L. (Zuzubak) bitkisi qida məhsulu olaraq istehlak edilir və insan sağlamlığına müxtəlif faydaları olsa da, ədəbiyyatda bu barədə məlumat məhdud saydadır. Bunu nəzərə alaraq tədqiqat işinin məqsədi bu bitkinin əhəmiyyətini və komponentlərinin sitotoksik, antioksidant, antibakterial və xərçəng əleyhinə olan xüsusiyyətlərini qiymətləndirmək olmuşdur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan bitki ekstraktı döş xərçəngi hüceyrələri (MCF-7), insan prostat xərçəngi hüceyrələrinə (DU-145) qarşı antioksidant aktivliyə malik olan bioloji aktiv maddələrlə zəngindir. Müəyyən edilmişdir ki, müxtəlif dozalarda Allium turcicum L. bitki ekstraktının bioloji aktiv komponentləri xərçəng hüceyrələrinin artımını ləngidir, oksidativ stresin qarşısını alır, habelə, bir çox patogen mikroorqanizmə qarşı antibakterial təsir göstərir.