Biologiya fakültəsində prioritet elmi istiqamətdə imkanlar araşdırılır
Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın həmmüəllifliyi ilə “Cleaner Biofuel Production via Process Parametric Optimization of Nonedible Feedstock in a Membrane Reactor Using a Titania-Based Heterogeneous Nanocatalyst: An Aid to Sustainable Energy Development” adlı adlı elmi məqaləsi “Pub Med” elmmetrik bazasına daxil olan MDPİ-Membranes Q2 (IF-4,3 jurnalında) nəşr edilmişdir.
https://www.mdpi.com/2077-0375/13/12/889
Məqalə davamlı enerji inkişafını təmin etmək üçün bitki resurslarından istifadə edərək ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli bioyanacağın istehsalına aiddir. Membran texnologiyasından istifadə edərək, bitkinin yeyilməyən toxumlarının yağından davamlı və əlverişli biodizelin əldə edilməsi TiO2 nanokatalizator vasitəsi ilə həyata keçirilib. Bitki biotexnologiyasının imkanlarını tətbiq edərək bitki resurslarından səmərəli istifadənin həyata keçirilməsi kimi aktual məsələlərin həlli davamlı inkişafın təminatında vacibdir.