Biologiya fakültəsinin alimlərinin məqalələri “Springer” nəşriyyatının çap etdiyi yüksək impakt faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov və dosent Aygün Nəsibovanın “Biogenic magnetic nanoparticles and hepatic structural alterations: insights into radiation stress responses in polymer like biological systems” (Biogen maqnit nanohissəcikləri və qaraciyərdə struktur dəyişikliklər: polimerəoxşar bioloji sistemlərdə radiasiya stresinə qarşı reaksiyalara dair anlayışlar) adlı məqaləsi Web of Sciences və SCOPUS elmmetrik bazalarında indeksləşən “Polymer bulletin” Beynəlxalq jurnalında dərc olunub. Jurnalın impakt faktoru 4-dür.
Məqalədə radiasiyanın müxtəlif dozalarının təsirinə məruz qalmış laboratoriya siçovulları Elektron Paramaqnit Rezonans spektroskoiyası və Keçirici Elektron Mikroskopiyası (KEM) üsullarından istifadə etməklə tədqiq edilmişdir. İlk dəfə olaraq göstərilmişdir ki, stres amillərin təsiri ilə laboratoriya siçovullarının qaraciyər orqanlarında biominerallaşma hadisəsi nəticəsində kristallik dəmir oksidi maqnit nanohissəcikləri generasiya olunur. KEM üsulu ilə bunanohissəciklərin növü və ölçüləri müəyyən edilmişdir.
Məqaləni oxumaq üçün
https://link.springer.com/article/10.1007/s00289-025-06165-9
linkinə keçid edə bilərsiz.