BİOLOGİYA FAKÜLTƏSİNDƏ TƏLİM KEÇİRİLİB
8 Aprel 2022 11:06

Bakı Dövlət Universiteti Biologiya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə "Etik davranışlar" mövzusunda təlim keçirilib. Təlimdə Biologiya fakultəsinin dekanı Afət Məmmədova və sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Natəvan Baxşəliyeva iştirak etmişdir.
Təlimin məruzəçisi Biologiya fakültəsinin dosenti Sevda Tahirli olub. Təlim zamanı tələbələrə ünsiyyət zamanı diqqət etməli olduqları bir sıra etik davranışlardan, sosial məsafənin gözlənməsi, göz kontaktının saxlanması, intonasiya və səs nəzarəti, jest və mimikalardan düzgün istifadə və s.-dən bəhs edilib. Əlavə olaraq müasir dövrdə cəmiyyətdə qarşılaşdığımız etik davranışların pozulması hallarından və bu hallardan yaranan mənfi təsirlərdən nümunələr göstərilib, tələbələrlə maraqlı müzakirələr aparılıb.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və Biologiya fakültəsi üzrə THİK sədri Rza Ələkbərov təlimçiyə və iştirakçılara təşəkkürünü bildirib.
Son XƏBƏRLƏR
10.07.2026 | 13:38
Biologiya fakültəsində buraxılış işləri və magistr dissertasiyalarının müdafiələri keçirilib
10.07.2026 | 13:32
Biologiya fakültəsində IV Respublika Olimpiadasının qalibləri təltif olunub
29.06.2026 | 12:35
Biologiya fakültəsinin tələbələri Grand Agro Invitro MMC-də uzunmüddətli təcrübə keçir
26.06.2026 | 12:26