Biologiya fakültəsində “Pestisidlərin ətraf mühitə və canlı sisitemlərə təsiri” mövzusunda elmi seminar keçirilib
Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Zoologiya və fiziologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova "Pestisidlərin ətraf mühitə və canlı sisitemlərə təsiri" mövzusunda təqdimat edib. Seminarda BDU-nun əməkdaşları, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Təqdimat zamanı pestisidlərin ekosistemə və canlı aləmə təsiri, torpaq və su ehtiyatlarına yaratdığı təhlükələr, həmçinin alternativ ekoloji metodlar ətraflı müzakirə olunub.
İştirakçılar pestisidlərin bioloji müxtəlifliyə və insan sağlamlığına mümkün riskləri barədə elmi yanaşmalarla tanış oldular və mövzu ətrafında fəal müzakirələr apardılar. Təqdimat məhsuldar keçdi və elmi diskussiyalar iştirakçılar üçün faydalı oldu.