Biologiya fakültəsində pedaqoji təcrübənin hesabatı keçirilib

17–24 iyun 2026-cı il tarixlərində Biologiya fakültəsində əyani təhsilalma forması üzrə Biologiya müəllimliyi ixtisası IV kurs tələbələrin pedaqoji təcrübəsinin yekun hesabatı keçirilib. Tədbirdə fakültə rəhbərliyi, müəllimlər, təcrübə rəhbərləri və tələbələr iştirak ediblər.
Hesabat zamanı tələbələr pedaqoji təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, keçdikləri dərslər, tətbiq etdikləri müasir tədris metodları və qazandıqları peşə təcrübəsi barədə təqdimatlar ediblər. Onlar təcrübə müddətində qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında da fikirlərini bölüşüblər.
Təcrübə rəhbərləri tələbələrin fəaliyyətini müsbət qiymətləndirərək onların müəllimlik peşəsinə hazırlıq səviyyəsinin yüksəldiyini qeyd ediblər. Bildirilib ki, pedaqoji təcrübə tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və gələcək əmək fəaliyyətinə daha yaxşı hazırlaşmasına mühüm töhfə verir.
Sonda tələbələrin hesabatları dinlənilib, onlara müvafiq tövsiyələr verilib və pedaqoji təcrübənin uğurla başa çatdığı vurğulanıb. Tədbir iştirakçıları pedaqoji təcrübənin gələcək müəllimlərin peşəkar formalaşmasında mühüm mərhələ olduğunu qeyd ediblər.