Biologiya fakültəsində Novruz Bayramını qeyd edilib
Bu gün Biologiya fakültəsinin "Bioteam" təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə fakültənin dekanı Afət xanım, professor-müəllim heyəti və tələbələr iştirak etdilər.
Afət xanım tədbiri açaraq, iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdi və bu cür tədbirlərin əhəmiyyətini vurğuladı.
Tədbir Azərbaycan xalqının qədim və sevimli bayramı olan Novruzun rəmzlərini əks etdirən zəngin və rəngarəng proqramla yadda qaldı. Səhnəyə Bahar qızı çıxaraq bayramın gəlişini simvolizə etdi. Daha sonra Kosa və Keçəl öz zarafatlı çıxışları ilə tamaşaçılara əyləncəli anlar yaşatdılar.
Proqram çərçivəsində müxtəlif musiqi nömrələri, rəqslər və şerlər səsləndirildi. Tələbələrin hazırladığı səhnəciklər və milli adət-ənənələrimizi əks etdirən çıxışlar tədbirə xüsusi rəng qatdı.
Belə tədbirlər tələbələrin milli mədəniyyətə marağını artırır, həmçinin onların yaradıcı potensialını inkişaf etdirir.