Biologiya Fakültəsində növbəti elmi seminar keçirilib
Biologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Məltəm Qasımova və Cavadzadə Dinarə tərəfindən "Mitoxondrial elektron-nəqliyyat zəncirində kompleks l molekulyar təşkili və onun defektləri nəticəsində yaranan bir sıra genetik xəstəliklər" adlı seminar nümayiş olundu. Bundan əlavə seminar elmi işin müdafiəsi formatında təşkil olunmuşdur ki, bu da gənc tədqiqatçılarda müdafiə prosesinin necə baş verdiyinə aid fikir formalaşdırmağa dəlalət etdi.
Məruzə zamanı, mitoxondrinin daxilində yerləşən Kompleks l-in quruluşundakı fərqliliklər, mövcud hissələrinin ayrılıqda yerinə yetirdikləri funksiyalar və orada baş verən zəncirvari elektron ötürülmə prosesləri habelə səbəbiyyət verdiyi bir sıra genetik xəstəliklər haqqında məlumat verildi. Seminarın yekununda dinləyicilər mövzu ilə bağlı bir sıra maraqlı suallar səsləndirdilər və verilən suallara məruzəçi Məltəm Qasımova tərəfindən aydınlıq gətirildi.