Biologiya fakültəsində növbəti elmi seminar keçirilib
Bakı Dövlət Universteti Biologiya fakültəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimlyasiyalasının enzimologiyası laboratoriyasının baş elmi işçisi b.e.d. dos. Bayramov Şahniyar Mikayıl oğluunun elmi seminarı keçirilmişdir.
Seminarın mövzusu “Bitklərdə ağızcıq aparatının funksiyası və onun tənzimlənməsinin metabolizmi ” olmuşdur. Məruzəçi qeyd etdi ki, bitkilərdə ağızçıq aparatının əsasən yarpağın epidermal strukturlarında məsamələr şəkilində yerləşməsi və onların əsas funksiyası qaz və su mübadiləsində iştirak edərək suyun traspirasiyasını, fotosintez prosesini karbon qazı ilə təmin olunmasında iştirak etmələri haqqında geniş məlumat verdi. Ağızcıq aparatı əsasən mühafizə hüceyrələri kimi tanınan iki xüsusi hüceyrədən təşkil olunmuşdur.
Bu strukturda baş verən metabolik proseslər həm endogen, həm də ətraf mühit siqnallarının köməyi ilə tənzimlənir. Seminarda ağızçıq aparatını təşkil edən hüceyrələrin anatomik xüsusiyyətləri onların açılıb- bağlanmasında iştirak edən işıq reseptorları və ağızcıq aparatını təşkil edən qoruyucu hüceyrələrin onları əhatə edən mezofil hüceyrələri arasındakı transport əlaqəsini və turqor-plazmoliz vəziyyətinin yaranmasında iştirak edən üzvi maddələrin metabolizminin tənzimlənməsi yolları haqqında məlumat verildi. Məruzəçi auditoriyaya turqor-plazmolizin yaranmasında iştirak edən ionların hüceyrə daxilində konsentrasiyasının tənzimlənməsində iştirak edən ion kanalları və membran transporterlərinin qurluşu və tənzimlənmə mexanizmiləri haqqında son tədqiqat işləri və onların yerinə yetirilməsinin metodik əsasları haqqında geniş məlumatlar verdi. Sonda məruzəçi seminar iştirakçıları tərəfindən verilən sualları cavablandırdı.