BİOLOGİYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində 26 aprel 2022-ci il tarixində elmi seminar keçirildi. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Anar Tofiq oğlu Məmmədov “Azərbaycanda qızılquşkimilərin məskunlaşması və müasir vəziyyəti” adlı məruzə ilə çıxış etdi. Məruzənin mövzusu Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsini, çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunmasının taktik tədbirlərinin hazırlanmasının müzakirəsini əhatə etdİ.
Azərbaycanda qızılquşkimilərə münasibətin tarixi köklərinin öyrənilməsi ümumilikdə zoologyanın və ekologiyanın tarixini öyrənmək üçün nümunə ola bilər. Qızılquşkimilərə dair populyasiya səviyyəsində oçerklərin çoxparametrli ekoloji məlumatlardan ibarət olması onurğalı heyvanların başqa qruplarına da (xüsusən, quşlardan toyuqkimilərə və qazkimilərə) tətbiq oluna bilər. İşin əsas məqsədi Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəsində çoxillik bio-ekologiyasının monitorinq yolu ilə öyrənilməsi və çoxparametrli bio-ekoloji qiymətləndirilməsi, səmərəli istifadəsi və qorunması üçün taktik tədbirlər hazırlanması, bu quşların əhaliyə qarşı davranışında stereotip formanın bərpası yollarını müəyyən etməkdir. Bunun üçün də bir sıra məsələnin həllinə ehtiyac var idi:
- Azərbaycanda qızılquşkimilərin keyfiyyət və kəmiyyət göstəricilərinin çoxillik ekoloji dinamikasının müəyyən edilməsi;
- Azərbaycanın zoocoğrafi sahələrində qızılquşkimilərin oturaq, reproduktiv, qışlayan, yem üçün gələn və miqrant populyasiyalarının müəyyən edilməsi;
- Qızılquşkimilərin azalma və əhalidən uzaqlaşma səbəblərinin müəyyən edilməsi;
- Azərbaycanda qızılquşkimilərin qorunma yollarının müəyyən edilməsi və s.
İlk dəfə olaraq Azərbaycanda qızılquşkimilərin populyasiya səviyyəli çoxillik məskunluğu monitorinq üsulu ilə öyrənilmiş, onların kəmiyyət dinamikası müəyyən edilmişdir, Bu məqsədlə Azərbaycanın 17 ornitocoğrafi sahəsinin hər birində qızılquşkimilərin oturaq, reproduktiv, qışlayan və miqrant populyasiyalarının kəmiyyət göstəriciləri, eyni vaxtda reproduksiyadan və qışlamaqdan məhrum olanları müəyyən etməklə prosesin çoxillik dinamikasının səbəbləri araşdırılıb.
- İlk dəfədir ki, Azərbaycanda qızılquşkimilərə antropik və antropogen faktorların təsiri və həmin təsirlərə bu növlərin ekoloji reaksiyası müqayisəli tədqiq edilib.
Azərbaycanda qızılquşkimilərə münasibətin tarixi köklərinin öyrənilməsi ümumilikdə zoologyanın və ekologiyanın tarixini öyrənmək üçün nümunə ola bilər. Qızılquşkimilərə dair populyasiya səviyyəsində oçerklərin çoxparametrli ekoloji məlumatlardan ibarət olması onurğalı heyvanların başqa qruplarına da (xüsusən, quşlardan toyuqkimilərə və qazkimilərə) tətbiq oluna bilər. Müəllifin 17 ornitocoğrafi sahədə təqdim etdiyi populyasiyaların məskunluğu və ekoloji qiymətləndirilməsi quruda yaşayan onurğalılar üzrə model ola bilər. Qızılquşkimilərin qorunmasına və səmərəli istifadəsinə dair müəllifin təklifləri quruda yaşayan onurğalı heyvanların başqa qruplarına da tam və ya qismən aid edilə bilər. Bu baxımdan xüsusi rejimlə qorunan ərazilərdən kənarda quşların qorunması tədbirləri daha geniş istifadə oluna bilər.
Qızılquşkimilərin qorunmasına və səmərəli istifadəsinə dair müəllifin təklifləri quruda yaşayan onurğalı heyvanların başqa qruplarına da tam və ya qismən aid edilə bilər. Bu baxımdan xüsusi rejimlə qorunan ərazilərdən kənarda quşların qorunması tədbirlərinin daha geniş istifadə edilməsi mühüm əhəmiyyət kəsb edə bilər.
Elmi seminarda ilk dəfə olaraq Azərbaycanda qızılquşkimilər’ antropik və antropogen faktorların təsiri və həmin təsirlərə bu növlərin ekoloji reaksiyası müzakirə olundu.