Biologiya fakültəsində növbəti elmi seminar
Biologiya fakütəsinin Genetika kafedrasının doktorantı Xatirə Məmmədovanın təqdimatı ilə "Üzüm genotiplərinin Plasmopara viticola Berk.& Berl.&De toni və Unicula necator Burrill. patogenlərinə qarşi davamliliğinin tədqiqi" mövzusunda elmi seminarı baş tutub. Seminarda fakültənin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.
Məruzəçi çıxış edərək qeyd etmişdir ki, fitopatogen orqanizmlər tərəfindən kənd təsərrüfatı bitkilərinə vurulan ziyan və itkilər həddindən artıq çoxdur. Bunu nəzərə alaraq üzüm sortları arasında fitopatoloji qiymətləndirilmə aparılır və qiymətlədirmə zamanı sınaqdan keçirilən, tolerant və davamlı reaksiya göstərən nümunələr seçilir. Bundan sonra o, üzüm bitkisinin təbii fonda fitopatoloji qiymətləndirilməsinin nəticələri barədə söz açaraq qeyd etmişdir ki, qiymətləndirmə zamanı həmçinin Klaster analizindən istifadə edilmiş və Klaster analiz PAST statistik proqram paketinin UPGMA metodunun Evklid məsafə indeksinə görə qurulmuşdur. Tədqiqat zamanı götürülmüş nümunələr arasından davamlı, tolerant formalar seçilərək əvvəlki illərdə aparılmış analizlərlə müqayisə edilmişdir.
Daha sonra X.Məmmədova bildirmişdir ki, aparılan tədqiqatların nəticəsində üzüm bitkisində parazitlik edən 800-ə yaxın zərərverici, 1000-dən çox göbələk, bakteriya, virus xəstəlikləri törədən patogenlər qeydə alınmışdır.
Tədbirin sonunda seminar iştirakçılarının sualları ətraflı cavablandırılmışdır.