Biologiya fakültəsində növbəti elmi seminar
Bakı Dövlət Universitetinin TİİMM-nın "Biomühəndislik" ETL elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahovun “Bitkilərin genetik transformasiyası” adlı elmi seminarı keçirilmişdir
BDU-nun Biologiya fakültəsində və TİİMM-nın nəzdində fəaliyyət göstərən ETL-lərin tədqiqatçılarının müasir tədqiqat metodları və tədbiqləri haqqında çıxışları mütəmadi olaraq davam edir. Bu tədbirlərdən biri də 01 mart 2023-cü il tarixində elmi seminar şəklində keçirildi. Seminarda TİİMM-nın "Biomühəndislik" ETL elmi işçisi, Molekulyar biologiya və biotexnologiyalar kafedrasının 0.5 ştat müəllimi Nurlan Əmrahov “Bitkilərin genetik transformasiyası” adlı məruzə ilə çıxış etdi.
Məruzəçi müasir dövrdə məhsuldar bitkilərin yetişdirilməsi biotexnologiyada önəmli rol daşıdığını qeyd etdi. Bu məqsədlə müxtəlif texnologiyaların kombinativ tədbiqinin olduqca vacib olduğunu və bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin artırılması üçün müasir toxuma kulturası metodları ilə yanaşı genetik transformasiya mexanizmlərinin (bioloji və fiziki) araşdırılması və aqrar sektorda bu texnologiyaların tədbiqini olduqca önəmli duğunu auditoriyaya çatdırdı. Bitkilərdə genetik transformasiya etmək qabiliyyətinə malik Agrobakteriaların təsir mexanizmləri, T-DNT-nin sintezi, bitki hüceyrəsinə daxil edilməsi və bu prosesdə iştirak edən faktorların təsiri də məruzədə öz əksini tapmışdır. Eyni zamanda genetik transformasiyanın reallaşdırılmasında istifadə edilən fiziki metodlar haqqında da geniş məlumat verildi. Tədbiq edilən genetik transformasiyadan əldə edilən yeni sort (genotiplərin) selektiv markerlərlə seçilməsi və bu texnologiyada yeni RUBY kompleksinin tədbiqi məruzədə öz əksini tapmışdır. Çıxışın sonunda Əmrahov Nurlan auditoriyanın iştirakçıları olan müəllim, magistrant, doktorant və tələbələrin suallarını cavablandırdı.