Biologiya fakültəsində Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 oktyabr — Müəllimlər Günü münasibətilə, Biologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bioteam klubunun təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə fakültə rəhbərliyi, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirin açılışında Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib və müəllim əməyinin tələbələrin formalaşmasında mühüm rolundan bəhs edib.
Daha sonra kafedra müdirləri — AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov, professor Rövşən Xəlilov və dosent Əbulfəz Tağıyev çıxış edərək müəllimləri təbrik edib, tələbələrə öz dəyərli tövsiyə və arzularını çatdırıblar.
Tədbir bədii hissə ilə davam edib. Proqram çərçivəsində tələbələrin hazırladığı rəqslər, musiqi ifaları və müxtəlif səhnə təqdimatları nümayiş olunub.
Tədbirin sonunda müəllimlərimizə möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.