Biologiya fakültəsində imtahanlar uğurla davam edir
Cari ilin yanvar ayının 7-də imtahan sessiyasına start verilmişdir. Hal-hazıradək Biologiya fakültəsində bakalavriatura səviyyəsində 54 qrup üzrə 253 imtahan, magistratura səviyyəsində isə 218 imtahan keçirilmiş və ümumilikdə 1327 nəfər imtahan vermişdir. Fakültədə imtahan sessiyasının şüarı belədir: “Obyektivliyi, ədaləti və şəffaflığı qoruyaq”. Keçirilmiş imtahanlar zamanı tələbələrin 27,7%-i əla (A), 3,6%-i qeyri-müvəffəq qiymət almışlar. 5,5% tələbə üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak edə bilməmişdir. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2024-cü ilin fevral ayının 5-dən 14-dək şərait yaradılacaqdır. Sessiya fevral ayının 5-dək davam edəcəkdir.