Biologiya fakültəsində II “Pentagon” intellektual zəka oyunu keçirilib

“BDU Könüllüləri” təşkilatının Biologiya fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə növbəti – ikinci “Pentagon” intellektual zəka oyunu həyata keçirilib.
Tədbir iştirakçılara oyunun qaydaları və şərtlərinin izahı ilə başlayıb və daha sonra oyun rəsmi olaraq açıq elan olunub. Səsləndirilən suallar ümumi, lakin müxtəlif mövzuları əhatə edib. Komandalara bölünmüş iştirakçılar verilən sualları cavablandıraraq bilik və məntiq qabiliyyətlərini nümayiş etdiriblər.
Yarışda 5 komanda mübarizə aparıb və gərgin rəqabətin nəticəsində “Evrika” komandası qalib adını qazanıb. Qalib komanda xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb.
Təbrik edirik və Biologiya fakültəsi könüllülərinin təşkilatçılığı ilə keçirilən intellektual tədbirlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edirik.