Biologiya fakültəsində elmi seminar keçirilib
Bakı Dövlət Universteti Biologiya fakültəsinin dosenti Botanika və bitki fiziologiyası kafedrasının dosenti Lalə Neymət qızı Mehdiyevanın "Siyəzən və Şabran rayonları ərazisində bitən ağac və kol bitkilərində göbələk xəstəlikləri" mövzusunda elmi seminar keçirildi
7 noyabr 2022-ci il tarixində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Lalə Neymət qızı Mehdiyevanın "Siyəzən və Şabran rayonları ərazisində bitən ağac və kol bitkilərində göbələk xəstəlikləri" mövzusunda elmi seminarı keçirildi. Seminarda mikologiya elminin yaranması və müasir istiqamətləri, göbələklər haqqında məlumat verildi. Seminarda məruzəçi bitkilərdə yaranan pas, unlu şeh, qara ləkə xəstəliklərindən bəhs etdi. Lalə Mehdiyeva qeyd etdi ki, göbələk xəstəlikləri bitkilərin yarpaqları və gövdələrində geniş yayılmışdır. O göbələk xəstəliklərinin yüksək temperatur, rütubət və güclü işıq düşən yerlərdə yaxşı inkişaf editdiyini və geniş yayılaraq, bir çox bitkilərə ziyan vurduğu haqqında məlumat verdi. Məruzəçi verilən sualları cavablandırdı.