Biologiya fakültəsində” Elm gününə” həsr olunmuş dəyirmi masa keçirilmişdir
27 mart 2024-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Elm gününə həsr olunmuş “Elmin inkişafı davamlı gələcəkdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Fakültə rəhbərliyi, bir qrup bioloq alimlər, gənc tədqiqatçıların iştirak etdiyi tədbirdə müasir dövrdə biologiya elminin prioritet istiqamətləri müzakirə edildi.
Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı Afət Məmmədova il ərzində əldə olunmuş nailliyətlərdən söz açaraq, növbəti illərdə biologiya elmində prioritet istiqamətlərin tədqiqi, innovativ metodların tətbiqinin, beynəlxalq əməkdaşlıq, qrant və mübadilə programlarında aktiv iştirakın vacibliyini vurğuladı.
Sonra fakültənin professorları Ralfrid Həsənov, Xudaverdi Qənbərov, Ülviyyə Həsənova, Rövşən Xəlilov biologiyada multidisiplinar tədqiqatlar, tədbiqi və iqtisadi əhəmiyyəti olan mövzuların vacibliyini vurguladılar.
Gənc tədqiqatçı Aytac Baxşıyeva Biologiya fakültəsində elmi motivasiyanın formalaşması və elmin incəlikləırinə yiyələnməsindən , apardıgı elmi tədqiqat işindən dəyirmi masa içirakçılarına məlumat verdi.
Dəyirmi masada ellimetrik bazalar və Biologiya fakültəsi alimlərinin reytinqləri və mühüm elmi nəticələri haqqında məlumatlar diqqətə çatdırıldı.