Biologiya fakültəsində dissertasiya işinin müzakirəsi keçirilmişdir
29 iyun 2022-ci il, saat 11:00-da Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının iclasında Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının dissertantı GÜLZAR VİDADİ qızı NƏRİMANOVANIN b.e.d., professor Arif Mustafa oğlu Əfəndiyevin elmi rəhbərliyi və t.e.d., professor Akif İrzaxan oğlu Qurbanovun elmi məsləhətçiliyi ilə 2406.02-“Biokimya” ixtisasında biologiya elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “HAMİLƏLİYİN GEDİŞİNİ AĞIRLAŞDIRAN TORCH İNFEKSİYALAR ZAMANI BƏZİ ANTİMİKROB PEPTİDLƏRİN VƏ SİTOKİNLƏRİN TƏDQİQİ” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir.