Biologiya fakültəsində Akdeniz Universitetinin professoru Elm gününə həsr olunmuş seminarda çıxış edib
Bakı Dövlət Universitetində (BDU) keçirilən Elm Günü həsr olunmuş silsilə tədbirlər çərçivəsində, Akdeniz Universiteti Ziraat Fakültəsinin dekanı, tanınmış alim Prof. Dr. Mustafa Erkan "Yaş meyvə və tərəvəzlərdə keyfiyyətin qorunmasında yeni yanaşmalar" mövzusunda məruzə ilə çıxış edib. Seminar zamanı Prof. Dr. Erkan, meyvə və tərəvəzlərin təravətinin uzun müddət qorunması, saxlanma şəraitlərinin optimallaşdırılması və post-harvest (yığım sonrası) texnologiyaları ilə bağlı ən son elmi nailiyyətləri iştirakçılarla bölüşüb.
O, kənd təsərrüfatı məhsullarının saxlama müddətinin artırılması üçün tətbiq olunan müasir texnologiyalar, o cümlədən atmosfer nəzarəti, xüsusi qablaşdırma üsulları və biomühəndislik həlləri barədə geniş məlumat verib. Seminar iştirakçıları qida sənayesində keyfiyyətin saxlanması, ekoloji dayanıqlılıq və istehlakçı tələblərinə uyğun texnologiyaların tətbiqi mövzusunda suallar ünvanlayaraq, mütəxəssislə interaktiv müzakirələr aparıblar.
Alim Azərbaycan üçün də xarakterik olan alma və pomidor sortlarının keyfiyyətinin artırılması məqsədi ilə tətbiq olunan metodologiyalar eləcə də ekoloji cəhətdən təmiz və effektiv pestisidlərin istifadəsi ilə bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə aparılması, məhsulun yığımından sonra tətbiq olunan müasir emal və saxlanma texnologiyaları ilə meyvələrin və tərəvəzlərin təravəti və qida dəyəri, atmosfer nəzarəti və xüsusi qablaşdırma üsulları haqqında geniş məlumat verib.
Seminar iştirakçıları qida sənayesində ərzaq məhsullarının keyfiyyətinin saxlanması, ekoloji dayanıqlılıq və istehlakçı tələblərinə uyğun texnologiyaların tətbiqi mövzusunda suallar ünvanlayaraq, mütəxəssislə interaktiv müzakirələr aparıblar.