Biofizika və biokimya kafedrasında Ralfrid Həsənovun 86 yaşı qeyd edildi
Bakı Dövlət Universiteti Biomühəndislik ETL-nın müdiri Biofizika və Biokimya kafedrasının professoru biologiya elmləri doktoru Ralfrid Əhəd oğlu Həsənov 16 fevral 1938-ci ildə anadan olmuşdur.
Alimin əsas elmi istiqaməti fotosintezin və fotobioloji proseslərin fiziki-kimyəvi mexanizmlərinin araşdırılması ilə bağlıdır. O, 150-dən çox elmi əsərin müəllifidir. Bir sıra xarici və yerli elmi jurnalların redaksiya heyətlərinin və bəzi beynəlxalq elmi cəmiyyətlərin (Fotosintez, Fotobioloqlar, Biofiziklər) üzvüdür.
Professor R.Ə.Həsənov 1970-ci ildə “Şərəfli əməyə görə” medalı, 1971-ci ildə elm və texnika üzrə Respublika gəncləri mükafatı laureatı, 2014-cü ildə Yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə "Fəxri Fərmanla", 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.