Beynəlxalq Qadınlar gününə həsr olunmuş “İnsan abidəsinin başlanğıcı” adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti Biologiya, Beynəlxalq münasibətlər və İqtisadiyyat, Kimya fakültələri Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “İnsan abidəsinin başlanğıcı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova, dekan müavinləri və universitetin tələbələri iştirak etmişdir.
Tədbirdə öncə Beynəlxalq Qadınlar Gününün yaranma tarixi, qadınların cəmiyyətdə tutduğu mövqenin günümüzə qədər inkişaf tarixi haqqında çıxışlar təqdim edilmiş, xüsusilə son dövrlərdə Azərbaycan cəmiyyətində qadınların bütün sferalarda uğur modeli yaratması vurğulanmışdır.
Sonra elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qadınların qazandığı nailiyyət və uğurlarından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbir gənclərin iştirak etdiyi bədii hissə ilə davam etmişdir.