Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik!

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyətini 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Müəllimlik bilik verməklə yanaşı, gənc nəslin dünyagörüşünü formalaşdıran, elmi düşüncəsini inkişaf etdirən və gələcəyə yol göstərən şərəfli peşədir. Biologiya fakültəsinin müəllimləri zəngin bilik və təcrübələri, pedaqoji ustalıqları və fədakar əməkləri ilə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinə, biologiya elminin inkişafına dəyərli töhfələr verirlər.
Tələbələrə canlı aləmin sirlərini öyrədən, onlarda tədqiqatçılıq marağı, təbiətə sevgi və ətraf mühitə məsuliyyətli münasibət aşılayan müəllimlərimizin əməyi böyük hörmət və ehtirama layiqdir. Onların hər bir uğuru yetişdirdikləri tələbələrin nailiyyətlərində, elmə və cəmiyyətə verdikləri töhfələrdə öz əksini tapır.
Əziz müəllimlər! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz yaradıcılıq enerjisi, elmi və pedaqoji fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy tələbələrinizin nailiyyətləri və sizə bəslədikləri hörmət hər zaman əməyinizin ən gözəl mükafatı olsun!
Peşə bayramınız mübarək!