Beynəlxalq Biomüxtəliflik günü münasibəti ilə Bakı Zooloji Parkında tədbir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin Davamlı Harmoniyası” klubunun üzvləri Azərbaycanda 22 may Beynəlxalq Biomüxtəliflik günü münasibəti ilə Bakı Zooloji Parkında tədbir keçirilib. Tədbirdə Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev onurğalı heyvanlar arasında ən çox təsirlərə məruz qalan quşlar haqqında geniş məlumatla təqdimat edib. Azərbaycan ornitofaunasında quşların növ tərkibi, məskunlaşma xarakteri və Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilən növlərdən əyani olmaqla tələbələrin diqqətinə çatdırıb. Qırmızı Kitablar canlı təbiətin məhvə doğru gedişinin qırmızı səhifəsidir, insanla təbiət arasındakı qırmızı sərhədləri adlayıb keçməməyə çağırışdır. Qırmızı kitaba daxil edilən fauna növlərinin Zoopark şəraitində çoxaldılıb xüsusi rejimlə qorunan təbiət ərazilərinə buraxılması, areallarının genişləndirilməsi müasir dövrümüzün vacib problemlərindəndir. Tələbələr Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinə daxil edilən və zoopark şəraitində çoxaldıldılan heyvanların mövcud şəraiti ilə tanışlıq və bu heyvanların sayının artırılaraq xüsusi rejimlə qorunan ərazilərə buraxılması, monitorinqlərinin aparılması, təbiətin reablitasiyası sayəsində görülən işlər itələbələrlələ yaxından tanış oldular.