Bəşəriyyət qadınla yüksələcəkdir!
Biologiya fakültəsində "Bəşəriyyət qadınla yüksələcəkdir" mövzusunda tədbir
06 mart 2023-cü il tarixində Biologiya fakültəsində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Bəşəriyyət qadınla yüksələcəkdir" mövzusunda tədbir keçirilmişdir. Fakültə dekanı Afət Məmmədova tədbiri açaraq, qadının cəmiyyətdə və ailədə rolu , millətin yaradanı və yaşadanı olması haqqında nitq söylədi. Afət Məmmədova tələbə qızlara həmişə Azərbaycan qadını adını ləyaqətlə daşımağı bacarmaq arzusunu dilədi. Daha sonra tədbirdə dosent Anar Məmmədov Biologiya fakültəsinin əks cinsə mənsub olan əməkdaşlarının adından çıxış edərək, Fakültənin xanım əməkdaşlarını və xanım tələbələri təbrik etdi, Azərbaycan qadınının malik olduğu keyfiyyətlərdən söz açdı. Mikrobiologiya ETL-nın müdiri, professor Xudaverdi Qənbərov Azərbaycan qadınlarının bütün dünya qadınlarının içərisində ən gözəl və ən ismətli olduqlarını vurğuladı.
Tədbirdə qış imtahan sessiyasında ən yüksək nəticə göstərdiyinə görə III kurs tələbəsi Şəms İslamovaya, fakültənin ictimai həyatında fəal iştirak edən əməkdaşlara - Biofizika və biokimya kafedrasının dosenti Samirə Hümmətova və həmin kafedranın laboratoriya müdiri Firəngiz Babayevaya təşəkkürnamə təqdim edildi. THİK və TGT qadın müəllimlərə çiçəklər payladı.
Tədbirin bədii hissəsində fakültənin THİK Biologiya və TGT Biologiya üzvləri və tələbələr çıxışları ilə çox maraqlı proqram təqdim etdilər. Tələbələr Günel Bağırzadə (179R), Mədinə Rzayeva (169R), Cahandar Həsənli (162A), Nərmin Qarayeva (167A) mahnılar və rəqs nömrələri ilə, şer və videoçarxla, rəsm nümünələri ilə tədbiri daha da rəngarəng etdilər.