BDU tələbəsi Poeziya müsabiqəsində qalib olmuşdur
3 İyun 2024 12:23

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə "Poeziya körpüsü" adlı şeir müsabiqəsi baş tutub.
Müsabiqədə BDU, ADBTİA, AzTU, ADU, ATMU, OYU, ADPK, BAAU, Səhiyyə Nazirliyi 1 nömrəli Tibb Kollecinin tələbələri iştirak edib.
Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin II kurs tələbəsi Kəmaləddin Firdovsi oğlu Hüseynov I yerə layiq görülüb.
Sonda müsabiqə iştirakçılarına və qaliblərə təltifnamə və hədiyyələr verilib, xatirə şəkli çəkilib.
Son XƏBƏRLƏR
26.10.2026 | 11:25
Gender bərabərliyi və sağlam münasibətlər mövzusunda təlim keçirilib
20.10.2026 | 14:15
Biologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
19.10.2026 | 14:07
Biologiya fakültəsinin I kurs tələbələri Universitetin muzeylərini ziyarət ediblər
15.10.2026 | 14:19