BDU əməkdaşları Çexiya Respublikasının Karlova Universitetində
BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, kafedra müdiri Əbülfəz Tağıyev, dosent Nailə Abdullayeva və müəllim Nurlan Əmrahov Erasmus+ layihəsi çərçivəsində Çexiya Respublikasının Karlova Universitetində keçirilmiş ikitərəfli görüşlərdə iştirak etmişlər. BDU əməkdaşları Karlova Universitetinin Təbii Elmlər (Fən) fakültəsinin dekanı prof. Jiri Zima, dekan müavini prof. Ivan Nemeç, Botanika kafedrasının müdiri prof.Jiri Neustupa, Eksperimental Bitki Biologiyası kafedrasının müdiri prof. Fatima Cvrçková, Ekologiya kafedrasının müdiri prof. David Horak, Zoologiya kafedrasının müdiri Michal Vinklerlə görüşmüşlər. Görüşlərdə Karlova Universitetinin professorları Daniel Frynta, Vera Opatova, Miraslav Svatora, Viktor Zarski, Martin Çerný, Linda Nebvalova ,Jiri Ploçek, Petr Stepniçka, David Havlíçek iştirak etmiş botaniki, zooloji, biotexnoloji tədqiqatların həmrəy aparılması istiqamətində müzakirələr aparılmışdır.
BDU alimləri Praqanın Kimya və Texnologiya Universitetinə səfər edərək Su Texnologiyaları və Ətraf Mühit Mühəndisliyi kafedrasının sabiq müdiri, hal hazırda qrup-tədqiqiat qrupunun rəhbəri prof. Katerina Demnerová və prof. Olga Valentova ilə görüşmüşlər. Görüş əsnasında ikitərəfli layihələr və tədqiqatlar, həmrək tədqiqatlar və eyni zamanda tələbələr üçün mobillik qrantları müzakirə edilmişdir.
BDU əməkdaşları Praqa Zooparkında və Botanika bağında olaraq müxtəlif nadir bitki və heyvan növləri, onların saxlanılma , becərilmə şəraitləri ilə tanış olmuşlar.