BDU-da “Bioteam” Klubunun Təşkilatçılığı ilə İntellektual Yarış Keçirildi
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Bioteam” klubu tərəfindən tələbələr arasında intellektual yarış təşkil edildi. Tədbirin əsas məqsədi tələbələrin bilik səviyyəsini qiymətləndirmək, onların intellektual inkişafına dəstək olmaq və komanda şəklində işləmək bacarıqlarını artırmaq idi.
Tədbir Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavininin giriş nitqi ilə açıq elan olundu. O, tələbələrin akademik və intellektual inkişafının vacibliyini vurğulayaraq, belə yarışların onların analitik düşünmə qabiliyyətini və komanda işində səriştələrini artırdığını qeyd etdi.
Yarışda universitetin müxtəlif fakültələrindən tələbələr iştirak etdilər və öz elmi biliklərini, məntiqi düşünmə qabiliyyətlərini nümayiş etdirdilər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış bir neçə mərhələdən ibarət olub və iştirakçılar geniş spektrli suallara cavab verməklə yanaşı, strateji düşünmə və komandada işləmə bacarıqlarını da sınaqdan keçirdilər.
Tədbirin sonunda ilk üç yeri tutan komandalar müəyyən olunaraq medal və sertifikatlarla mükafatlandırıldılar. Yarışın iştirakçıları belə tədbirlərin onların akademik və şəxsi inkişafına böyük töhfə verdiyini bildirərək, “Bioteam” klubunun gələcəkdə də bu cür intellektual layihələr həyata keçirməsini arzuladıqlarını ifadə etdilər.
Sonda “Bioteam” klubu dəstəyə görə BDU Jurnlistika fakültəsinə minnətdarlığını ifadə etdi.