BDU alimlərinin həmmüəllif olduğu elmi məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilov, Zoologiya və fiziologiya kafedrasının dosenti Çingiz Ağamusa oğlu Məmmədov və Biofizika və biokimya kafedrasının doktorantı Aysel Hacıyevanın həmmüəllif olduğu “Ultrastructural investigation of iron oxide nanoparticles accumulation in the livesr of common carp (Cyprinus carpio (Linnaeus,1758)” (“Adi çəkinin qaraciyərində dəmir oksidi nanohissəciklərinin yığılmasının ultrastruktur tədqiqatı (Cyprinus carpio (Linnaeus, 1758))” adlı elmi işi Azərbaycan Tibb Universiteti, Zoologiya İnstitutu, Türkiyə Respublikası Ege Universiteti, Kanadanın Dalhousie Universitetinin birgə əməkdaşlığı ilə Web of Science elmmetrik bazasına daxil olan (IF:4,5) “Aquatic Toxicology” jurnalında çap olunub.
https://www.sciencedirect.com/science/article/pii/S0166445X24001310
Son illərdə geniş tətbiqi ilə nanohissəciklərin intensiv istehsalı onların ətraf mühitə, o cümlədən su ekosisteminə ötürülməsinə səbəb olmuşdur. Balıqlarda nanohissəciklərin toplanması, sahibində müxtəlif patoloji dəyişikliklərə səbəb olması müəyyən narahatlıqlar yaradır. Hazırkı tədqiqatda biz adi çəkinin qaraciyərində Fe3O4 nanohissəciklərinin toplanması və bioakkumulyasiyasını araşdırılıb (Cyprinus carpio Linnaeus, 1758).