BDU alimlərinin həmmüəllif olduğu elmi məqalə impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədov, Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, həmin kafedranın dosenti Aygün Nəsibova və müəllimi Nailə Əliyevanın həmmüəllif olduqları “Individual and combinative effect of NaCl and γ-radiation on NADPH-generating enzymes activity in corn (Zea mays L.) sprouts” (Qarğıdalı cücərtilərində NADPH-əmələgətirən fermentlərin aktivlik dinamikasına NaCl duzu və γ-radiasiyanın individual və kombinativ təsiri) adlı elmi məqalə Web of Science elmmetrik bazasına daxil olan (IF:4.0) “Heliyon” jurnalında dərc olunub.
Məqalədə duz stresi və γ-radiasiyanın qarğıdalı bitkisinin inkişafına neqativ təsiri, stress zamanı bitkinin müdafiə sisteminin mexanizmi və eləcə də stresin təsiri ilə yaranan paramaqnit mərkəzlər öyrənilmişdir. Aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, duz və γ-radiasiyanın təsiri bitkilərin inkişafını ləngidərək, məhsuldarlığı aşağı salır, stress faktorları davamlı və kombinativ olduğu halda isə bu təsir daha da artmış olur. Alınan nəticələrin Elektron Paramaqnit Rezonans spektroskopiyası üsulu ilə də izahı verilmişdir.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: