BDU aliminin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun “Ultrastructural characteristics of Leishmania (L.) tropica (Wright, 1903) and cell-parasite relationships in cutaneous leishmaniasis light and electron microscopic study ("Leishmania (L.) tropica (Wright, 1903) və dəri leyşmaniozunda hüceyrə-parazit əlaqələrinin ultrastruktur xüsusiyyətlərinin işıq və elektron mikroskopla tədqiq edilməsi”) adlı məqaləsi Web Of Science elmmetrik bazasına daxil olan Experimental parasitology - Science (İF-1.4) jurnalında nəşr olunub.
https://doi.org/10.1016/j.exppara.2024.108887
Elmi işin əsas məqsədi insanlarda Leyşmaniya xəstəliyinin törədicisi olan leishmania (L.) tropica parazatinin insan hüceyrəsi ilə yaratdığı əlaqənin ultrastruktur xüsusiyyətlərin tədqiq edilməsidir. Nümunələr 9 fərqli insan dərisindən götürülərək işıq və elektron mikroskop üsulları ilə tədqiq edilmişdir. Əldə olunan nəticələr hüceyrədaxili parazitin ultrastrukturunun müəyyən edilməsinə və morfometrik parametrlərin təyin edilməsinə zəmin yaradır.