BDU aliminin həmmüəllifliyi ilə “Frontiers in Chemistry” jurnalında məqalə nəşr olunub
BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədovanın həmmüəllifliyi ilə “Exploring Essential-oil Based Bio-Composite: Molecular Docking, and In Vitro Analysis for Oral Bacterial Biofilm Inhibition“- “Efir yağları əsasında bio-kompozitin tədqiqi: ağız boşluğunun bakterial səthinin inqibə edilməsində molekulyar doking və in vitro analizləri“ adlı məqaləsi Scopus elmmetrik bazasına daxil olan Q1 - kvartillı (IF:8,5) Frontiers in Chemistry jurnalında nəşr olunub.
https://www.frontiersin.org/articles/10.3389/fchem.2024.1383620/abstract
Ağız boşluğunun bioqatı antimikrob preparatlar üçün əsas proqressiv rezistentlik yaradır ki, bu da ağız boşluğunda ağır xəstəliklərlə nəticələnir. Tədqiqat işində göstərilir ki, hil , mixək və darçın efir yağlarının birləşməsinin in vitro olaraq, “molekulyar dokinq” yolu ilə stabil nanokompozit əldə etməyə nail olunur. Bu da ağız bioqatının perspektivli müalicəsində istifadə oluna bilər.