Bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi uğurla həyata keçdi
Biologiya fakültəsinin bakalavr səviyyəsi IV kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi uğurla həyata keçirildi. Biotexnologiya ixtisası üzrə 25 nəfər, biologiya ixtisası üzrə 150 nəfər Yekun Dövlət Attestasiyası komissiyası qarşısında hazırladıqları mövzu üzrə təqdimat edərək, buraxılış işlərini müdafiə etdilər. Biologiyanın müxtəlif istiqamətləri üzrə kafedralar tərəfindən hazırlanmış mövzular, xüsusi onlayn proqramla tələbələrə seçmək üçün təqdim edilmiş və tədris ili müddətində mövzular üzrə müəllimlərin rəhbərliyi altında tələbələr tərəfindən araşdırmalar aparılmışdır. Plagiat Komissiyasının hesabat arayışı hər bir buraxılış işi üçün fakültəyə təqdim edildikdən sonra müvafiq kafedralarda ilkin müdafiə keçirilmiş və tələbələr yekun qiymətləndirilmə üçün Yekun Dövlət Attestasiyasına açıq müdafiəyə buraxılmışdır. Tələbələrin təqdimatları Yekun Dövlət Attestasiyası komissiya üzvləri tərəfindən müzakirə edilmiş və qiymətləndirilmişdir.