“AZGRANATA” MMC-yə səfərimiz
12.05.2023-cü il tarixində Biologiya fakültəsinin ”Qida mühəndisliyi” ixtisası üzrə 178A qrup tələbələri və fakültənin bir qrup professor-müəllim heyəti Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-yə səfər ediblər. 2011- ci ildə fəaliyyətə başlayan “AZGRANATA” MMC Cənubi Qafqazın ən böyük alkoqollu və alkoqolsuz içkilər istehsalçılarından biridir. Zavod dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Burada konservanstız təbii meyvə şirələri, kompotları, limonadları ilə yanaşı şərab, viski, konyak və araq məhsulları da istehsal edilir. Tələbələr zavodun meyvə qəbulu, meyvə şirəsi emalı və qablaşdırılması, şüşə dolum və qablaşdırma, aseptik saxlanma bölümü, narşərab hazırlanması bölümü, xammal emalı bölümü (çeşidləşdirici çənlər, qarışdırıcılar və sirop hazırlanması üçün lazımi avadanlıqlar), limonad istehsalı bölümü, kompot istehsalı bölmələri (meyvələrin yuyulması, çeşidlənməsi, təmizlənməsi), yarımfabrikatın hazırlanması və qablaşdırılması bölümü ilə tanış oldular.
Tələbələr alkoqolsuz və alkoqollu içkilərin istehsalı sektorlarında istehsal prosesi, eləcə də analiz laboratoriyasında görülən işlərlə ilə tanış olublar. Bundan sonra tələbələrə müəssisənin alkoqollu içkilər sektorunda yerləşən dequstasiya zalı və şərabçılıq muzeyi barədə məumat verilib. Muzeydə şərabçılığa aid bir çox qədim eksponatlar, müxtəlif illərə aid şərablar, şərabçılığa aid kitablar yer alır. Sonda müəllim-tələbə heyəti tərəfindən məhsullar dequstasiya edilib və onlara şirəli içkilər hədiyyə edilib.