“Azərbaycan Respublikası ərazisində yayılmış səhra və yarimsəhra bitkilik tipinin bioekoloji xüsusiyyətləri“ mövzusunda elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetində Biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, magistrantları, tələbələri üçün 15 noyabr 2023-cü il tarixində “Botanika və bitki fiziologiyası“ kafedrasının müəllimi b.ü.f.d. Baxşıyev Vazeh Sədi oğlu tərəfindən elmi seminar təqdim edildi.
Seminarda məruzəçi Respublika ərazisinin böyük bir hissəsini əhatə edən Kür-Araz ovalığında səhra və yarımsəhra bitkiliyi haqqında geniş məlumat verdi.
Baxşıyev Vazeh qeyd etdi ki, quraqlıq səhra üçün xaraktkerik xüsusiyyət olub, əsas bitki örtüyünü quraqlığa davamlı bitkilər – kserofitlər (sukkulentlər, freatofitlər) təşkil edir. Səhra bitkiliyində edifikator və dominantlıq edən halofitlərin əksəriyyəti istər Azərbaycanda, istərsə də dünyada (xüsusilə də Turan ovalığının səhralarında) səhra landşaftının formalaşmasında əsas rol oynayan tərəçiçəkkimilər (Chenopodiaceae Vent.) fəsiləsinin nümayəndələridir.
Baxşıyev Vazeh qeyd etdi ki, regionda qış otlaqları da geniş yayılmışdır. Şoran şəhralarda ən geniş yayılmış yem əhəmiyyətli nümayəndələrdən ətli climacoptera, budaqlı qışotu, duzlaq çoğanı, müxtəlif çərən, gəngiz, ağ yovşan, qarağan və s. payızın sonu, qış aylarında (şaxtalar düşdükdən sonra) xırda buynuzlu heyvanlar tərəfindən yaxşı yeyilir.
Məruzəçi məhsuldarlığı yüksəltmək və onlardan səmərəli istifadə yollarını tapmaq üçün təbii otlaq və biçənəklərin bitki örtüyünü vaxtaşırı öyrənilməsini, botaniki tərkibini yaxşı yem otları ilə zənginləşdirmək lazım olduğunu və bu baxımdan regionun tədqiqinin aktual olduğunu auditoriyaya çatdırdı. Sonda məruzəçi iştirakçıların suallarını cavablandırdı.