Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması” mövzusunda elmi seminar keçirilmişdir
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Botankia və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri doktoru Məmmədova Zülfiyyə ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması” mövzusunda təqdimat edib.
Təqdimatda Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü ildə ildə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında verdiyi sərəncamla əlaqədar olaraq, Respublika ərazisində yaşıllaşdırma məqsədi ilə ekoloji streslərə davamlı olan, həm də insanların zövqünü oxşaya bilən, bir çox fəsilələrə aid nümayəndələr haqqında ətraflı məlumat verilmidir. Bu fəsilələrdən sərvkimilər (Cupressaceae Neger.), zeytunkimilər (Oleaceae Lindl.), gülçiçəyikimilər (Rosaceae Juss.), söyüdkimilər (Salixaceae Lindl.), doqquzdonkimilər (Caprifoliaceae Vent.), mirtkimilər (Myrtaceae Pers.), paxlakimilər (Fabaceae Lindl.) və s. qeyd edilmişdir. Bu fəsilələr içərisində paxlakimilər fəsiləsinə daxil olan növlər haqqında məruzəçi daha geniş məlumat verib.
Elmi seminarda həmçinin 1988-ci ildən başlayaraq, Ermənistanın Azərbaycana, xüsusilə də Qarabağ bölgəsinə bu günə kimi davam edən təcavüzü nəticəsində torpaqlarımızın, qiymətli flora nümunələrimizin amansızcasına talan edilməsi, 30 ilə qədər zəbt olunmuş ərazilərdə ekoloji genosidin həyata keçirilməsi haqqında məlumat verilmiş, Qarabağın zəngin floristik tərkibini yenidən bərpa etmək üçün, xüsusilə dağlıq ərazilərdə həmişəyaşıl ağacların əkilməsinin, o cümlədən İrigül buynuzlalə (Glaucium grandiflorum Boiss.), Alabəzək dağtərxunu (Tanacetum coccineum (Willd). Grierson), Dərman pişikotu (Valeriana officinalis L.), Böyük dəmrovotu (Chelidonium majus L.), Qarabağ sürvəsi (Salvia karabachensis Pobed.), Ətirli bənövşə (Viola odorata L.), Çəhrayı gülxətmi (Alcea rosea L.) və s. kimi bitkilərin becərilməsinin prespektivli olması tövsiyyə olunmuşdur.
Təbii bitki örtüyü tanınmaz hala gətirilən doğma Qarabağ torpaqlarının yenidən çiçəkləndirilməsi üçün hər bir vətəndaşımızın “Yaşıl dünya naminə həmrəylik” göstərərək əlindən gələni əsirgəməməsi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsisinin sadə vətandaşlarla yanaşı, bioloq alimlərin də qarşısında duran ən vacib məsələlələrdən olması seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.
Seminarda fakültə və kafedra əməkdaşları fəal iştirak etmiş və mövzu iə bağlı verilən suallar cavablandırılmışdır.