FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLDİ
AZƏRBAYCAN ÇAYLARININ MAKROZOOBENTOSUNUN NÖV
MÜXTƏLİFLİYİNİN MÜZAKİRƏSİ
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Azərbaycan çaylarının makrozoobentosunun növ tərkibi və yayılması” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti Saleh Əliyev eyni adlı məruzə ilə çıxış etdi. Məruzəçi çıxışında makrozoobentik orqanizmlərin su hövzələrinin bioloji məhsuldarlığının formalaşmasında iştirak etməsi, bioloji məhsul əmələ gətirməsi, eyni zamanda həmin orqanizmlərin təbii bioloji filt olaraq, suyun öz-özünə bioloji yolla təmizlənməsində fəal iştirakı haqqında məlumatları seminar iştirakçılarının nəzərinə çatdırdı.
S.Əliyev elmi seminarda makrobentik orqanizmlərin su hövzələrinin bioloji indikatoru olması ilə yanaşı, onların suyun üzvi maddələrlə çirklənmə dərəcəsinin göstəricisi olması, ekosistemdə qida zəncirinin bir həlqəsini təşkil etməsi, bir sıra növlərinin iqtisadi, təsərrüfat əhəmiyyəti daşıması haqqında məlumatları təqdim etdi. Məruzəçi çayların fərdiyyətindən asılı olaraq makrobentos növlərin tədqiq edilməsi üçün istifadə edilən müasir metodlara da çıxışında geniş yer ayırmışdı.
Seminarda maraqlı suallar səsləndi, diskusiyalar aparıldı və suallar cavablandırıldı.