“Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirildi
2024-cü il 2-4 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində Respublikası Ege Universiteti, Azərbaycan Respublukası Bakı Dövlət Universiteti və Özbəkistan Respublikası Andijan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II Beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans Avrasiyada ətraf mühitin pozulması nəticəsində insan həyatı üçün problem yaradan ekoloji məsələlər və onların yumşaldılması istiqamətində qlobal prioritet olan çağırışlara və yaranmış strategiyalaraəsaslanıb. EGE Universitetində baş tutan adı gedən konfrans Türk dövlətləri alimlərinin bir platformada sağlam gələcək naminə tərəfdaşlıq və birgə faydalı fəaliyyətin bariz nümunəsinin təzahürüdür.
Konfransda Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova əsas dəvət edilmiş məruzəçi kimi “Ətraf mühitin bitkilərdən istifadə ilə bioindikativqiymətləndirilməsi və idarə edilməsi”mövzusunda çıxış edib. Konfransda Azərbaycandan 23 nəfər Bakı Dövlət Universitetindən başqa müxtəlif Təhsil və Elmi tədqiqat İnstitutlarındannümayəndəheyətinə daxil olaraq əyani çıxış etmiş, 70 qədər material konfrans materiallrına daxil edilmişdir və konfransa onlaynqoşulmuşdur.