ART-MOTİV LAYİHƏSİ TƏQDİM OLUNDU
13 May 2022-ci il tarixində BDU Biologiya fakültəsində Botanika və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirlinin müəllifi olduğu ART-MOTİV layihəsi təqdim olundu.
Layihənin təqdim edilməsində məqsəd gənclərimizi məvəvi dəyərlərinin mühafizəsi düzgün istiqamətləndirilməsinə əsaslandırılmış mesajların verilməsi idi. Layihədə 4 tanınmış dünya klassikinın bəşəriyyətə ünvanladığı məktubların mətni yer alıb. Qabriel Qarsia Markez “ Vida məktubu”, Mahatma Qandi “Dua”, Antuan de Sent-Ekzüperi “Dua”, “Avraam Linkolnun oğlunun müəlliminə məktubu”ndan ibarət video çarxları layihənin müəllifi tərəfindən səsləndirildi. Sevda Tahirli tədbir iştirakçılarına çatdırdı ki, layihənin hazırlanmasında məqsəd həyatımızda bizə hədsiz yaxın olduğundan bəzən bizim üçün adiləşən və hətta bəzən yox kimi görünən məqamlara bir daha diqqət çəkərək həyatımızı müsbət istiqamətə doğru dəyişə bilərik. Məruzəçi təqdimatında qeyd etdi ki, yaşadığımız dövr, çox şeyin bizdən asılı olmadan baş verdiyini diktə edir. Pandemiyanın həyatımıza gətirdiyi qadağalar, adət etmədiyimiz fəaliyyət şərtlərinin stressi, itkilər, ağrılar, acılar bəzən həyatın dadını tam olaraq almağımıza çox mane olur. İntiharların, zorakılıqların, təhdidlərin, depressiyaların həyatın adı davranışına çevrilməsi təhlükəsi vaxt itirmədən cəmiyyət olaraq bu məqamlardan xilas olmanın yollarını düşünməyin zamanı gəldiyini söyləyir. Çünki düçüncəsində dəyişiklik etməyən kəslərin davranışında dəyişiklik gözləmək real deyil. Bu gün yaşadıqlarımız dünən etdiklərimizin nəticəsidir. Sabah yaşanacaqlar bugünkü davranışımızın nəticəsi kimi bizimlə üz-üzə duracaq və biz yalnız etdiklərimizin deyil, həmçinin etmədiklərimizin də məsuliyyətini daşıyacağıq. Adətən həyatın düzəni çox sadə şeylərdə gizlənir. Lakin çox zaman biz bunun bizim üçün nə qədər mühüm olduğunun fərqində olmuruq. ART-MOTİV layihəsi bu fərqindəliyi yaratmağa xidmət edir.
Təqdimatın sonunda fakültə dekanı Afət Məmmədova layihənin mesajlarının gənclərə hansı əhəmiyyəti daşıması haqqında yekun verdi. Gənclərimizə milli mənəvi dəyərlərini saxlamaqla daim inkişafda olmalarının əsas tərəflərini çatdırdı.
Layihə tədir iştirakçıları tərəfindən maraqla qarşılandı.