”Aqressiya və onun təkamülü” mövzusu müzakirə edildi
Bakı Dövlət Universitetiinin Biologiya fakültəsində Çexiyanın Karlova Universitetinin Zoologiya kafedrasının Ekologiya və etologiya bölümünün professoru Daniel Frinta tərəfindən “Aqressiya və onun təkamülü” mövzusunda elmi seminar təqdim edildi. Seminarda Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, fakültə dekanı Afət Məmmədova, biologiya fakültəsinin əməkdaşları, gənc tədqiqatçıları, magistrantları, tələbələri iştirak ediblər.
Daniel Frint “Müxtəlif areallarda yayılan siçanların aqressiyasının təkamülünü” öyrənmişdir. Siçanların aqressiyasının ilk öncə təkamüldə formalaşması haqqında geniş məlumat verdi. Məruzəçi öz qrupu ilə birgə Avropanın müxtəlif əraziləri, Livan, İran və s. kimi ölkələrin həmçinin səhralıq ərazilərdə yayılmış siçanların aqressiyasının ontogenezin müxtəlif dövlərində onu əmələ gətirən amilləri araşdırmışdır.
Professor çıxışında qeyd etdi ki, heyvanların aqressiyasına təsir göstərən əsas faktor heyvanın fiziologiyasında baş verən dəyişikliklər, androgenlərin və serotoninin miqdarının fəsildən asılı olaraq dəyişməsidir .
Daniel Frint apardığı tədqiqatların nəticəsi kimi təkamüldə aqressiyanın meydana çıxmasına səbəb olan amillər haqqında məlumatları seminar iştirakçılarına çatdırdı.
Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı, BDU-nun professor müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnun olduğunu bildirdi.