Akademik İradə Hüseynovanın məqaləsi dərc olunub

“Azərbaycan” qəzetində AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Elm və təhsil siyasətinin strateji hədəfləri” adlı məqaləsi dərc olunub. Məqalədə İlham Əliyevin 5 yanvar tarixli müsahibəsi əsasında ölkədə elm, təhsil və insan kapitalının inkişafının strateji əhəmiyyəti elmi-analitik baxımdan təhlil edilir.
Yazıda elm və təhsilin inteqrasiyası, universitetlərin elmi tədqiqatlardakı rolu, beynəlxalq standartlara uyğun keyfiyyət meyarlarının tətbiqi və bilik əsaslı inkişaf modelinə keçidin vacibliyi xüsusi vurğulanır. Məqalə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında elmin aparıcı mövqeyini ön plana çıxarır.
Ətraflı: Azərbaycan qəzeti