Abşeron Şərab ASC-də təcrübə keçirildi
Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2013-cü ildən Abşeron Şərab ASC kimi yenidən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ixracın stimullaşdırılmasına göstərilən böyük dəstək Azərbaycanda Abşeron-Şərab ASC- inkişafında böyük rol oynamışdır.
Abşeron Şərab ASC və Bakı Dövlət Universiteti arasındakı tələbələrin təcrübə keçmələrinin təşkili barədə müqaviləyə müvafiq olaraq "Biotexnologiya" ixtisası üzrə II kurs tələbələri 25.05.2022- ci il tarixində Mehdiabad Üzüm Emalı müəssisəsində istehsalat təcrübəsi keçmişlər. Təcrübədə təcrübə rəhbəri b.ü.f.d. Mehnurə Rəhimova və 151R saylı qrupun 11 tələbəsi iştirak etmişdir. Təcrübə müddətində tələbələr Abşeron-Şərab ASC- nin Amerika və Avropanın ən qabaqcıl şirkətlərinin təchiz olunmuş cihazları, avadanlıqları və üsulları ilə tanış olmuşdurlar. Tələbələr sərbəst şəkildə nümunələrin və sınaqların götürülməsini həyata keçirmişlər. Şirkətin texnoloqları gördükləri işlərin müzakirə olunmasında dinləyici kimi iştirak etmişlər. Gün ərzində müşahidələr zamanı tələbələr müxtəlif avadanlıqların işin izləmiş və öyrənmişdirlər. Tələbələr həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması proseslərilə də tanış olmuşlar. Tələbələr gündəlik texniki-təhlükəsizlik qaydaları və ekolıoji tədbirlərlər ilə təlimatlandırılmışlar. Təcrübənin yekunu oaraq tələbələr Abşeron-Şərab ASC həyata keçiridiyi bütün işləri ilə tam məlumatlandırılmışdırlar. Təcrübə müddətində tələbələrin davranışı, verilən tapşırıqları yerinə yetirilməsi ilə Abşeron-Şərab ASC tərəfindən müsbət rəy verilmiş və təcrübənin nəticələri əla qiymətləndirilmişdir.