ABŞ-ın professoru elmi seminar təqdim etdi
Bakı Dövlət Universitetində dünyada tanınmış alim ABŞ Puerto-Riko Dövlət Universiteti Tibb fakültəsinin Professoru, Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Səbzəli Cavadov Biologiya fakültəsinin əməkdaşları, magistrant, tələbə və doktoranlarına “Ürəkdə ferroptotik hüceyrə ölümünün mexanizmləri: mitoxondrinin rolu” mövzusunda elmi seminar təqdim etdi.
Professor Cavadov təqdimatında insan xəstəliklərində hüceyrə ölümünün əsas mexanizmlərini, xüsusən də miokard infarktı və urəyin işemiya-reperfuziyon zədələnmələri haqqında geniş məlumat verdi. Məruzəçi öz çıxışında dəmir növündən asılı olaraq yeni müəyyən edilmiş hüceyrə ölümünə səbəb olan ferroptozun molekulyar və hüceyrə mexanizmlərindən bəhs etdi. Eyni zamanda ferroptozda hüceyrədə enerji istehsalında mərkəzi rol oynayan mitoxondrinin rolu və prosesin mexanizmlərindən məlumat verdi.
Professor Cavadov təqdimatının sonunda öz işçi qrupunun, ABŞ-nin Pittsburq Universiteti, Miçiqan Dövlət Universiteti və Pensilvaniya Dövlət Universitetinin alimləri ilə birgə apardığı tədqiqatların nəticələrini auditoriyaya təqdim etdi. Sonda müzakirələr aparıldı və seminar iştirakçılarının sualları cavablandırıldı.
.