5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş ekskursiya və təlim
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Bakı Dövlət Universiteti Biologiya fakültəsinin təşkilatçılığı ilə Altıağac Milli Parkında 5 iyun Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş təlim təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Altıağac Milli Parkının direktoru Dərgah Rüstəmov ətraf mühitin qorunmasının önəmindən, Milli Parkın fəaliyyəti, mühafizə altında olan növlər, Vəhşi Təbiətin Mühafizəsi və Realibitasiyası Klinikası haqqında məlumat verdi. Tələbələr klinikada realibitasiya keçən heyvan növləri və iş prosesi haqqında informasiya əldə etmişdirlər.
Sonra BDU Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının dosenti Sevinc Hümbətova gələcək bioloqlara Milli Parkda yaşayan quşlar haqqında məlumat verib, onları müxtəlif müşahidə alətləri ilə quşların hərəkət trayektoriyası ilə bağlı təlim kursu keçdi. Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Milli Parkda marşrut xətti boyunca yayılmış bitkilər, onların bioekoloji xüsusiyyətləri, herbari hazırlanması, meşə yarusları, karbon ölçmələri, Coğrafi İnformasiya Sistemlərindən istifadə barədə təlim keçib.
Tədbir interaktiv oyunlar və yarışmalarla yekunlaşdı.